STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Kətanın nəfəsi

19 may, Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda 2026-ci il, Şəhərsalma və Memarlıq İli çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 103 -cü ildönümünə həsr olunmuş Xədicə Aslanovanın "Kətanın nəvəsi" adlı fərdi hesabat sərgisi keçirilib.

Sərgini Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həməzyeva açaraq, Azərbaycanda dövlət gənclər siyasəti, cəmiyyətin inkişafında gənclərin fəal iştirakı barəsində, dövlıtin gəncləri təmin edən və onların hərtərəfli inkişafına şərait yaradan strateji dövlət prioriteti olduğunu vurğulamışdır. Sərginin mahiyyəti və müəllifi barədə geniş məlumat verərək, gənc rəssamı təbrik etmişdir.

Sonra, Naxçıvan MR İcra Hakimiyyətinin müavini Gülxanım Orucova, Regional Mədəniyyət idarəsinin rəisi Azər Cəfərli, 2 nömrəli İncəsənət məktəbinin direktoru Ceyhun Suleymanlı, həmin məktəbin Rəsm dərnəyinin müəllimi Nizami Məmmədov, Rəssamlar Birliyinin Heyət üzvü, Əməkdar rəssam Telman Abdinov çıxış edərək, gənc rəssamı təbrik etmişdir.

Xədicə Aslanova və ailəsi çıxış edərək, təşkil olunan sərgi və gələn qonaqlara iştirakları üçün minnətdarlıq etmişlər.

  20-05-2026 14:47
Qalereya